Ca. Avq 5th, 2021

Yanvarın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 30-da Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Yanvarın 30-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək.