Ça. İyl 27th, 2021

Şabran rayonunda yaşayış evində yanğın olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. 

Evdə olan iki azyaşlı 2014-cü il təvəllüdlü Niyazov Araz Zaur oğlu və onun bacısı, 5 yaşlı Təranə xilas edilib.

Xəsarət alan uşaqlar Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Yanğın söndürülüb.