C. İyn 18th, 2021

May ayında Azərbaycanda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası ilə bağlı monitorinq aparacağıq və bununla bağlı geniş icimai dinləmə də keçirmək istəyirik.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O qeyd edib ki, bununla bağlı məsələ komitənin iş planına da daxil edilib.

M.Quliyev bildirib ki, monitorinqin məqsədi qanunun hansı sahələrdə pozulmasını, hansı sahələrdə uğurlar əldə edilməsini müəyyən etməkdir. O qeyd edib ki, məktblərin, universitetlərin yanında tütün məhsullarının satış məntəqələri olmamalıdır.

Komitə sədri vurğulayıb ki, mayın 31-i ümumdünya tütünlə mübarizə günüdür: “Bu baxımdan monitorinqin nəticələri ilə bağlı geniş konfrans keçirmək niyyətindəyik. Monitorinqin nəticələri ictimaiyyətə açıqlanacaq, harada nöqsanlar var göstəriləcək, harada uğurlar var qeyd olunacaq və qanunun icrası ilə bağlı yeni təkliflər veriləcək”.