Ça. İyn 22nd, 2021

Su təchizatının tarifinin dəyişməsinin səbəbləri açıqlanıb.

Tarif Şurasının katibi Ceyhun Nəcəfov Trend-ə açıqlamasında bildirib ki, “Azərsu” ASC tərəfindən Tarif Şurasına müraciət olunub.

Müraciətdə bildirilib ki, son illər “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının coğrafiyası, fasiləsiz su təchizatının əhatə dairəsi genişlənib. Bunun nəticəsində də elektrik enerjisi və digər xərclər artıb: ” Buna görə də artıq mövcud tariflə əldə olunan gəlir xərcləri qarşılamır və bununla bağlı dövlət büdcəsindən subsidiya ayrılır”.

Eyni zamanda “Azərsu” ASC müraciətində qeyd edib ki, xidmətin davamlılığının təmin edilməsi, keyfiyyətin yüksəldilməsi , eyni zamanda dövlət büdcəsindən asılılığın aradan qaldırılması üçün tariflərin artırılması zəruridir.