Ca. İyn 24th, 2021

İşğaldan azad olunmuş ərazilərimizdə yeni mülki idarəetmənin tətbiqi olduqca əlamətdar bir hadisədir. Bu vaxta qədər ayrı-ayrı güc strukturlarının nümayəndələri azad olunmuş ərazilərimizdə fəaliyyətə başlasalar da mülki idarəetmənin forması və funkisiyası müəyyən edilməmişdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ əvvəlki çıxışlarında bu mövzu ilə bağlı danışarkən bildirmişdi ki, işğaldan azad edilmiş ərazilərimizə elə idarəetmə forması tətbiq ediləcək ki, o gələcəkdə digər ərazilərimiz üçün də model təşkil etsin:

“Ona görə də Şuşaya Azərbaycan Prezidentinin xüsusi numayəndəsinin təyin edilməsi əslində həm də ölkəmizdə yeni idarəetmə institutunun yaradılması kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev tətbiq edilən yeni formanı Prezidentin xüsusi nümayəndəsi institutu adlandırdı.