Şb. İyl 24th, 2021

Tərtərdə minaya düşən traktor sürücüsü, Seydimli kənd sakini Elgün Ələkbərov Qızıloba kəndində torpaq şumlayarkən tank əleyhinə minaya düşüb.

Bu barədə APA-ya E.Ələkbərov özü məlumat verib.

 

O qeyd edib ki, hadisə iş prosesi zamanı qeydə alınıb: “Həmin vaxt traktorla  işləyirdim. Birdən partlayış baş verdi. Traktoru qara tüstü bürüdü. Özümü traktordan kənara atdım. İlk öncə əlimi və ayaqlarımı yoxladım. Gördüm ciddi yaram yoxdur. Amma əlim üzüm qan içində idi. Əlimi başıma vuranda gördüm ki, başım və üzümdən də yaralanmışam. Özüm ayağa qalxıb yaxınlıqdakı sahəyə getdin. Orada işləyən aqronom məni xəstəxanaya çatdırdı”.

***

saat 14:41

Tərtər rayonunun işğaldan azad olunmuş ərazilərində traktor minaya düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, nəticədə traktorçu, Tərtər rayon Seyidimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu əl və üz nahiyəsindən xəsarətlər alıb.

E. Ələkbərov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya E. Ələkbərovun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.