Ca. İyn 24th, 2021

ABŞ Konqresinin aşağı palatasının nümayəndələri sabiq prezident Donald Trampın impiçmenti barədə qətnaməni Senata təqdim ediblər.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, ölkə tarixində ilk dəfə olaraq hakimiyyətdən kənarlaşdırma proseduru iki dəfə eyni prezidentə qarşı həyata keçirilir.

Məlumata əsasən, qətnamə bir ittiham maddəsindən ibarətdir – üsyana təhrik.

Qeyd edilir ki, impiçment üzrə prosesin özü fevralın 8-dən sonra başlayacaq.