Be. İyn 21st, 2021

Livanın paytaxtı Tripoli şəhərində nümayişçilərlə asayiş keşikçiləri arasında baş vermiş qarşıdurmada 82 nəfər xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Livan Qırmızı Xaç Təşkilatının “Twitter” səhifəsində bildirilib.

“15 yaralı xəstəxanalara yerləşdirilib, daha 67 nəfərə yerində tibbi yardım göstərilib”, – deyə təşkilatın “Twitter” səhifəsində qeyd olunub.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, nümayişçilər qarşıdurma zamanı polis əməkdaşlarına döyüş qumbarası atıb, nəticədə 9 polis əməkdaşı yaralanıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Livanın “Al Jadid” telekanalı xəbər verir ki, nümayişçilər arasında da azı bir nəfər odlu silah yarası alıb.