C. İyn 18th, 2021

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 140 nəfər dünyasını dəyişib.

bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 25 073 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 5 277 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 429 605 nəfərə çatıb.