Şb. İyn 19th, 2021

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 134 nəfər dünyasını dəyişib.

bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 25 344 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 7 103 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 442 350 nəfərə çatıb.