Ca. İyn 24th, 2021

Ucarda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun  xəbərinə görə, ötən gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sərnişin qismində olan Daşkəsən rayon sakini, 1976-cı il təvəllüdlü Rizvan Bayram oğlu Əliyev aldığı xəsarətlərdən ölüb. Daha 2 nəfər isə yüngül xəsarət alıb.      

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat  Şöbəsində araşdırma aparılır.