Ça. İyl 27th, 2021

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) tələbələrinin təmsil olunduğu komanda CFA Inistitute Research Challenge yarışmasının lokal final mərhələsində iştirak haqqı qazanıblar.

CFA İstanbul Society tərəfindən təşkil olunan yarışa Türkiyə və Azərbaycandan ümumilikdə 19 universitetdən 23 komanda qatılıb. Yarışın şərtlərinə əsasən, komandalar təşkilatçılar tərəfindən təqdim olunan şirkət haqqında müxtəlif maliyyə, biznes modeli, sənaye analizləri, qiymətləndirmə metodları tətbiq edərək araşdırma hesabatı yazıblar. Maraqlı və gərgin keçən yarışda Nigar Vəliyeva, Nicat Həşimov, Anar Sultanzadə, Nicat Alışov və Rəşad Mustafasoyun təmsil olunduğu UNEC komandası ilk 5-liyə çıxaraq, lokal final mərhələsinə vəsiqə qazanıb.

Finalda UNEC komandası Türkiyənin aparıcı ali təhsil müəssisələri olan Koç Universiteti, Galatasaray Universiteti, İstanbul Bilgi Universiteti və Yıldız Teknik Universitinin komandaları ilə yarışacaq.

Komanda 26 fevral 2021-ci ildə keçiriləcək finalda qalib olsa, növbəti – Avropa, Yaxın Şərq və Afrika (EMEA) üzrə final mərhələsinə çıxacaq.