Şb. İyl 24th, 2021

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 500 mindən çox artıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 500 985 nəfər yeni koronavirusa yoluxub, 13 915 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 101 561 219, ölənlərin isə 2 196 944 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.