Bz. İyn 20th, 2021

Orta məktəblərdə distant qiymətləndirmə üçün 60 dəqiqə vaxt ayrılıb. Xahiş edərdik ki, müəllimlər bunu nəzərə alsınlar.

bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmənin nəticəsi şagirdin yalnız şəxsi işində yazılan rəqəm deyil: “Müraciətlər edilir ki, şagird o qədər hazırlığı olmasa da, onlayn qiymətləndirmə zamanı onun nəticəsi yüksək olur. Qiymətləndirmənin yüksək olması pedaqoji heyətdən də asılıdır. Biz bu məsələdə valideynlərdən də dürüstlük gözləyirik. Pandemiya şəraitində şagirdin qiymətinin yüksəldilməsi onun gələcək karyerasını müəyyən etmir. Hesab edirəm ki, qiymətləndirmə ilə bağlı hansısa dəyişikliyə getmək olar”.