Şb. İyl 24th, 2021

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış olub.

APA-nın xəbərinə görə, hadisə şəhərin mərkəzi hissəsində baş verib.

Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.  

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

FHN-dən APA-ya bildirib ki, iki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri uşaqdır. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. 

Axtarış-xilasetmə işləri davam edir.

Hadisənin səbəbləri dəqiqləşdirilir.