Ca. İyn 24th, 2021

Abşeron rayonunun Xırdalan şəhərində partlayış baş verən ikimərtəbəli evin yerləşdiyi ərazidən heç bir qaz xətti keçmir.

Trend- in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib. O bildirib ki, hazırda hadisə yerində mütəxəssislər araşdırmalarını davam etdirir:

“Ərazidə heç bir yeraltı qaz kəməri yerləşmir. Partlayış həyət evinin daxilində baş verib. Hadisəyə səbəbin qaz sızması və ya balon qazı olması məlum deyil. Bununla bağlı müvafiq qurumlar araşdırma aparır. Amma orada “Azəriqaz”a aid heç bir yeraltı qaz kəməri yoxdur”.