Ça. İyl 27th, 2021

Abşeron rayonu Xırdalan şəhərində binada baş vermiş partlayış nəticəsində dağıntılar altından çıxarılanların adları məlum olub.

APA-nın məlumatına görə, bunlar aşağıdakılardır:

– Musayeva Ziyafət Qafar qızı;

– Musayev Vüsal Firudin oğlu;

– Musayev Firudin Vüsal oğlu, 2009-cu il təvəllüdlü;

– Gözəl Səmədova;

– Əliyev Emil Arif oğlu;

– Hüseynov Arif Əbülfət oğlu;

– Ələzova Simayə Mövlud qızı;

– Şükürzadə Xədicə Bəxtiyar qızı.

Hadisə yerində olan Təcili Tibbi Yardım xidməti əməkdaşlarının verdiyi məlumata görə, ümumilikdə hadisə bağlı 9 nəfər müraciət edib.

Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı və 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızının axtarışları aparılır.