Şb. İyn 19th, 2021

Abşeron rayonunun Xırdalan şəhərində baş verən partlayış nəticəsində yaralananlardan 5 nəfər xəstəxanadan evə buraxılıb. Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib. Məlumatda qeyd edilir ki. hadisə zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən Əliyev Emil, Hüseynov Arif, Musayev Firudin, Ələzova Simayə və Şükürzadə Xədicənin vəziyyətləri qənaətbəxş olduğu üçün evə buraxılıb, digər xəsarət alan Vüsal Musayev isə reanimasiyada müalicəsini davam etdirir.