Ca. Avq 5th, 2021

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Altıağac qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 260 manat pul, danışıq kartları və tütün məmulatları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini İlqar Camalov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı İ.Camalov barəsində Xızı RPŞ-də cinayət işi başlanılıb, onun digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.