Be. İyn 21st, 2021

Yelo Bank gömrükçülərə zaminsiz və komissiyasız kreditlər təklif edir

Gömrükçülərimiz üçün xüsusi kampaniyaya! Xəbəriniz olsun ki, Yelo Bank gömrük işçilərinin peşə bayramı münasibətilə nağd kreditləri komissiyasız və 15%-dən başlayan şərtlərlə təklif edir.

Gömrük işçilərinin peşə bayramı münasibətilə elan etdiyimiz kampaniya ilə gömrükçülərimizi təbrik edir və onların yeni ildəki hədəflərini rahat reallaşdırmaları üçün nağd kreditləri xüsusi şərtlər ilə təqdim edirik.

Şərtlərimizə uyğun olaraq, kreditləri illik 15%-dən başlayan, komissiyasız, zaminsiz və sığortasız şərtlərlə təklif edirik. Kreditlərin maksimal məbləği 30 min AZN-dir.