Ç. İyn 23rd, 2021

Ölkədə SMS icazə sistemi ləğv olunduqdan sonra, dəmir yollarından gündəlik istifadə edənlərin sayı çoxalıb.

Bunu Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Qeyd olunub ki, sərnişindaşımada 50% artım qeydə alınıb:

“Xüsusi karantin rejimi günlərində Bakı-Sumqayıt-Bakı qatarlarından gündəlik 4000-dən çox sərnişin istifadə edib. Yanvarın 18-dən, SMS icazə ləğv olunduqdan sonra gün ərzində bu istiqamətdə hərəkət edən sərnişinlərin sayı təqribən 6000 nəfərdən çox olub”.