Paylaş

Möhtərəm cənab Prezident,

Sizin tapşırığınıza əsasən, insanların sağlamlığının qorunması məqsədilə hər bir vətəndaşa hər cür yardım göstərilir. Gördüyünüz bu işlər, koronavirus pandemiyasına qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür və hər bir vətəndaşın qayğısına qalırsınız. Yaxşını pisdən, ağı qaradan ayırmağı yaxşı bacaran qədirbilən xalqımız bütün bunları yüksək qiymətləndirir. Elə bunun nəticəsidir ki, Vətən müharibəsində xalqımız Sizin bir çağırışınızla yumruq kimi birləşərək düşmənə gücünü göstərdi.

Cənab Prezident, Azərbaycan üçün, xalqımız və millətimiz üçün gördüyünüz bütün işlərə görə Sizə Naftalan gəncləri adından dərin minnətdarlığımı bildirir, daim uğurlar arzulayıram.

Hörmətlə,

Şirinov Kamil

Azərbaycan Respublikası, Naftalan şəhəri.