Paylaş

Hörmətli cənab Prezident.

Vətən müharibəsində qazanılan Qələbə – doğma Qarabağın azad olunması gələcəyə olan böyük ümidlərimizi artırır.

Biz əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş bütün ərazilərdə inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək, bütün infrastruktur yaradılacaq, küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və bu yerlərə həyat qayıdacaq.

Biz Sizə inanır, daim dəstəkləyir və gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Cəfərov Samid Hicran oğlu

Azərbaycan Respublikası, Şirvan şəhəri.