Şb. İyn 19th, 2021

Ötən il “AzerGold” QSC-nin fəaliyyətində əlamətdar hadisələrdən biri əlvan metal filizlərinin hasilatı sektorunun dayanıqlı inkişafının təmin olunması məqsədilə 2025-ci il üçün ortamüddətli və 2035-ci il il üçün uzunmüddətli korporativ strategiyanın təsdiq edilməsi olub.

bunu “AzerGold”un İdarə heyətinin sədri Zakir İbrahimov şirkətin ötənilki fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, hasilat sektorunun dayanıqlı inkişafının təmin olunması məqsədilə ötən il İqtisadiyyat Nazirliyinin 14 sentyabr tarixli sərəncamı ilə QSC-nin korporativ strategiyası təsdiq edilib:

“Şirkətin strategiya çərçivəsində əsas məqsədlərindən biri “AzerGold”un 2035-ci ilədək 1 milyard dollar dövriyyəsi olan iri regional dağ-mədən şirkətinə çevrilməsidir”.