Bz. İyn 20th, 2021

Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan A-Qroup şirkəti 2020-ci ildə uğurlu fəaliyyətinin nəticələrini açıqlayıb.

Hesabat dövründə şirkət tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi əhəmiyyətli dərəcədə artıb. Belə ki, A-Qroup şirkətinin sığorta yığımlarının ümumi məbləği 2020-ci ildə 17 054 060,31 manat təşkil edib, bu isə öncəki hesabat dövrü ilə müqayisədə 13% artıqdır.

Şirkətin prioritet fəaliyyət sahəsi olan, tibbi sığorta üzrə A-Qroup tərəfindən 14 934 338,55 manat sığorta haqqı toplanıb, bu isə 2019-ci illə müqayisədə 14% çoxdur.

Ötən il ərzində eyni zamanda şirkətin sığorta ödənişlərinin həcmi artaraq 8 475 960,60 manat təşkil edib. Siğortallıların gündəlik sığorta ödənişi məbləği 22 000 AZN təşkil etmişdir.