Ca. İyn 24th, 2021

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının onlayn iclası keçirilib.

Aİİ-dən Trend-ə bildirilib ki, iclas “ZOOM” proqramı vasitəsilə təşkil olunub.

Tədbirdə çıxış edən Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov iclas iştirakçılarını salamladıqdan sonra bildirib ki, Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, həmçinin təlim-tərbiyə prosesi payız semestri boyunca distant formada davam edib. O qeyd edib ki, Aİİ-də tədris prosesi Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, onlayn şəkildə “Microsoft Teams” platforması üzərindən təşkil olunub. Rektor “Microsoft Teams” platformasının üstünlüklərindən danışaraq qeyd edib ki, məsafədən dərslərə qoşula bilməyən tələbələrin daha sonra proqramdan istifadə etmək imkanları olub.

Aİİ rəhbəri imtahanların keçirilmə qaydası ilə bağlı Elmi Şuranın qərarlarını açıqlayaraq, qış sessiyası ərzində tələbələrin imtahanlarda iştirakı, müvəffəqiyyət və keyfiyyət göstəricilərini diqqətə çatdırıb. Həmçinin cari dövrdə Aİİ-də fəaliyyət göstərən onlayn kurslar, İnstitutun beynəlxalq əlaqələrindən də söz açıb.