Ç. İyn 23rd, 2021

Fevralın 2-də Milli Məclisin Sədri Sahibə Qafarova İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Parlamentin Sədri qonağı səmimi salamlayaraq bildirib ki, Azərbaycan və İran iki dost və mehriban qonşu ölkələrdir:

“Bizi bir-birimizə bağlayan tarixi, mədəni və mənəvi dəyərlər münasibətlərimizin qarşılıqlı anlaşma şəraitində inkişafı üçün yaxşı zəmin yaradır.

İkitərəfli əlaqələrimizin dərinləşməsində dövlət başçılarının rolu və siyasi iradəsi mühüm rol oynayır. Bu baxımdan, yüksək səviyyəli görüşlər, hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər böyük əhəmiyyət daşıyır”.