Ça. İyl 27th, 2021

Azərbaycan kubokunda 1/4 final mərhələsi start götürüb.

Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində iki matç keçirilib.

Mövsümdə ilk kubok qarşılaşmasına çıxan “Qarabağ” və “Sumqayıt” 1/8 final səddini adlayan rəqiblərini sınağa çəkib. Sonuncular doğma arenada “Səbail”i qəbul edib.

Görüşün taleyini erkən qol həll edib. Meydan sahiblərini məyus edən Amil Yunanov paytaxt təmsilçisinə minimalhesablı səfər qələbəsi qazandırıb.

Günün paytaxtda təşkil olunan yeganə matçında “Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlib. Qarşılaşmada bütün qollar ikinci 45 dəqiqədə vurulub. Ağdam təmsilçisi evdə 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu cütlüklərin cavab görüşləri fevralın 6-da baş tutacaq. Sabah isə digər iki cütdə ilk qarşılaşma keçiriləcək. “Keşlə” “Kəpəz”i, “Neftçi” “Zirə”ni qəbul edəcək.

Azərbaycan kuboku
1/4 final
1 fevral (bazar ertəsi)

16:00. “Sumqayıt” – “Səbail” – 0:1
Qol: 
Amil Yunanov, 12
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 7. Tellur Mütəllimov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 11. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov
“Səbail”: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov 
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 9. Florian Kadriu, 23. Milovan Petrovik, 4. Ali Sisey
Baş məşqçi: Aftandil Hacıyev
“Kapital Bank Arena”

18:00. “Qarabağ” – “Qəbələ” – 3:1
Qollar:
Ovusu Kvabena, 55, Mahir Emreli, 73, 75 – Ceyms Adeniyi, 88
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov
“Qarabağ”: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 10. Abdullah Zubir, 6. Patrik Andrade, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
“Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 9. Ehtiram Şahverdiyev, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 99. Ceyms Adeniyi, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
Tofiq Bəhramov adına Respublika Stadion