C. İyl 30th, 2021

Azərbaycan Ordusunun 23 əsgəri İzmirdə 2 həftəlik Xüsusi Mina Axtarış və Təmizləmə (ÖMAT) kursunu uğurla başa vurub.

bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilir.

Məlumatda deyilir: “Azərbaycana yola salınan qardaşlarımız Ermənistana qarşı böyük qələbə qazandıqları Dağlıq Qarabağda ərazilərin mina və sursatlardan təmizləməsi işini icra edəcəklər”.