C. İyn 18th, 2021

Bu ilin yanvarın 31-nə tarixinə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (İKFZ) xətti ilə 1 657 349 912 manat məbləğində 31 770 ipoteka krediti verilib.

APA-Economics”in məlumatına görə, bu barədə Fondun açıqlamasında deyilir.

Bildirilir ki, zəmanət verilmiş kreditlərin ümumi məbləği isə 193,676 mln. manat təşkil edib.

Qeyd edək ki, təkcə yanvar ayında Fondun xətti ilə 17 328 191 manat məbləğində ipoteka kreditləri verilib. Bu göstərici dekabr ayı ilə müqayisədə 39,9% azdır.

Xatırladaq ki, İKFZ-nin xətti ilə ipoteka kreditlərinin verilməsinə 2006-cı ildə başlanılıb.