Be. İyn 21st, 2021

Azərbaycanda notariat hərəkətlərinin aparılması üçün dövlət rüsumunun və haqqının tutulmasının xüsusiyyətləri müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Notariat haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə sənədlərin surətlərinin təsdiqinə, habelə digər notariat hərəkətlərinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsi ilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcılara keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.

Qanun qəbul ediləcəyi halda 1 mart 2021-ci ildən qüvvəyə minəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.