Ç. İyn 23rd, 2021

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

fevralın 2-də qızılın qiyməti fevralın 1-i ilə müqayisədə 8,432 manat (0,27 faiz) azalaraq 1 unsiya üçün 3 154,418 manat təşkil edib.

Gümüş 0,0657 manat (0,14 faiz) ucuzlaşaraq 1 unsiya üçün 48,2486 manata bərabər olub.

Platinin qiyməti 22,559 manat (1,2 faiz) artaraq 1 898,2115 manat, palladiumun qiyməti 7,1315 manat (0,19 faiz) artaraq 3 839,399 manat təşkil edib.