Ça. İyn 22nd, 2021

2021-ci ilin yanvarında “.az” domenində 131 saytın payına fırıldaqçılar tərəfindən bir səmərəli fişinq-hücum düşüb. Bu, milli domendə qeydiyyata alınan internet resurslara hücumun 0,76 faizini təşkil edir.

Trend bu barədə “Netcraft” analitika şirkətinin hesabatına istinadən məlumat verir.

Ümumilikdə, yerli domendə 278 sayt fişinq hücumuna məruz qalıb ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 50 faiz çoxdur.

Bu günədək “.az” domenində 36,5 mindən çox sayt qeydiyyatdan keçib.