Ca. Avq 5th, 2021

Biznesinizi 9.90 AZN-dən başlayan qiymətlərlə limitsiz internet paketlərilə genişləndirin.

Mobil internetə günbəgün artan tələbatı nəzərə alan Azercell Biznes korporativ abunəçiləri üçün ölkədə ilk dəfə tamamilə limitsiz internet trafikinə malik unikal təklifi təqdim edir. Korporativ abunəçilərin biznes ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan yeni GigaMax limitsiz internet paketləri sizə yüksək sürətlə və minimal gecikmə təminatı ilə internetdən istifadə etməyə, iri həcmli faylları yükləməyə və endirməyə, eləcə də, videokonfranslar keçirməyə imkan verir. Limitsiz İnternet paketləri trafikin həcmi ilə bağlı heç bir narahatlıq keçirmədən əlavə xərcsiz sadə və bəlli ödənişlə internetdən faydalanmaq deməkdir.

Ölkədə ilk dəfə Azercell Biznes tərəfindən təqdim olunan bu yeni məhsul mobil internetə olan fərqli tələblərin təminatı məqsədilə abunəçilərə 3 növ internet paketində təklif olunur:

GigaMax – sürəti 1Mbps gədər olan sərfəli və limitsiz internet paketi abunəçilərə aylıq cəmi 9.90 AZN-ə təklif olunur. Bu paket rahat şəkildə internetdə müxtəlif axtarışlar, onlayn yazışma proqramları, elektron poçtun idarə olunması və internetlə bağlı digər əsas biznes ehtiyaclarının qarşılanması üçün ideal seçimdir.