Ç. İyn 23rd, 2021

“AzerGold” QSC uzunmüddətli perspektivdə strateji proqramların maliyyələşməsində dövlət büdcəsindən asılılığının aradan qalxmasına ümid edir.

bunu “AzerGold”un İdarə heyətinin sədri Zakir İbrahimov şirkətin ötənilki fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, 2035-ci ilədək QSC innovativ tətbiqlərlə dağ-mədən və zərgərlik sənayesinin inkişafında fəal iştirak etməyi planlaşdırır:

“Yaxın zamanlarda “AzerGold” QSC-nin prioritetində mövcud potensialın inkişafı və qonşu ölkələrin bazarına çıxmaq durur”.