Bz. İyn 20th, 2021

“AzerGold” QSC tərəfindən istehsal edilən sikkə və külçələrin satışı üzrə mərkəzin yaradılması planlaşdırılır.

bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.

Sədr bildirib ki, səhmdar cəmiyyət ötən il sənayenin daha bir sahəsi – zərgərlik sənayesinin inkişafı ilə bağlı icra edilmiş layihələrdə də fəal iştirak edib: “2020-ci il fevralın 18-də İqtisadiyyat Nazirliyinin təşəbbüsü və rəhbərliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “AzerGold” QSC-nin iştirakı ilə “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri, problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüş keçirilib, zərgərlik sənayesinin inkişafını ləngidən bir sıra problemlər gündəmə gətirilib. Görüşdə İqtisadiyyat Nazirliyi və digər qurumlar tərəfindən zərgərlik bazarında alternativ yollarla, yəni qaçaqmalçılıq, vergilərdən yayınma və digər üsullarla məmulatların satışa çıxarması və müvafiq nəzarət orqanının mövcud olmamasından istifadə edərək göstəriləndən daha az əyarlı məhsulları alıcılara təqdim etməsi əsas problemlərdən biri kimi qeyd olunub.

Bütün bu problemlərin həlli məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən İşçi qrup yaradılıb. İşçi qrupun fəaliyyəti çərçivəsində artıq qızıl istehsalçıları rəsmi və şəffaf formada xammal əldə etmək və bu xammaldan istehsal ediləcək qızıldan hazırlanan məmulatların ixracını rahatlıqla həyata keçirmək imkanını da qazanmış olacaqlar. Sistemli islahatların nəticəsində “AzerGold” tərəfindən satış mərkəzinin yaradılması nəzərdə tutulub. Burada “AzerGold” tərəfindən istehsal edilən sikkə və külçələrin minimal mənfəət marjası ilə satışı və bu məhsulların qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı reallaşdırılacaq”.