Be. İyn 21st, 2021

Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Bərdə rayon Qarağacı kənd sakini 1990 – cı il təvəllüdlü Surxay Ağalarov idarə etdiyi “Vaz – 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 1971- ci il təvəllüdlü Ağdam rayon sakini Əliyev Zakir Lələkişi oğlunu vurub.

Ağır bədən xəsarətləri alan Z.Əliyev hadisə yerində ölüb.