Ca. İyn 24th, 2021

217 nömrəli müntəzəm marşrut üzrə sərnişindaşımalara iritutumlu “İsuzu-Citibus” markalı avtobuslar cəlb edilib.

Bakı Nəqliyyat Agnetliyindən Trend-ə verilən məlumata görə, iritutumlu və müasir avtobusların istifadəyə verilməsi ilə bağlı Məhəmmədi kəndinin sakinləri məmnunluqlarını bildirib.

Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması təmin edilib.