Ca. Avq 5th, 2021

Ötən il Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8% azalaraq 29,7 mlrd. manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 74,6%-i mədənçıxarma, 22,5%i emal, 2,1%i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata görə, hesabat dövrü sənayedə qeyri-dövlət sektorunun payı 78,7% təşkil edib.

“İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,3%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,7% təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar vəziyyətinə 343,9 mln. manatlıq hazır məhsul ehtiyatı olub”, – məlumatda qeyd edilir.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 91,3 mln. n manat məbləğində digər məhsullar da mövcud olub.