Şb. İyn 19th, 2021

 

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə “Maklerlər bağı” kimi tanınan ərazidə qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Ağasov Mirsadiq Oqtay oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.