Ça. İyl 27th, 2021

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı isə Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İlqar Hacıyev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 büküm heroin aşkar edilib. İ.Hacıyev narkotik vasitəni şəxsi istifadəsi üçün Binə qəsəbəsində yaşayan Namiq Ağayev adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən N.Ağayev də saxlanılaraq 3-cü Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 471,745 qram heroin və 21,730 qram metamfetamin aşkar edilib.
Faktlarla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq araşdırmalar davam etdirilir.