C. İyn 18th, 2021

Bakı şəhərinin Sabunçu rayonunda “Ford” markalı yük avtomobilinin salonu və mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.