Şb. İyl 24th, 2021

Səbail Rayon Məhkəməsində “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

APA xəbər verir ki, keçirilən prosesdə təqdimat təmin edilib.

Qərara əsasən, R.Məmmədov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.