Ca. İyn 24th, 2021

Paytaxt sakinləri Biləsuvarda narkotiklə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mənsimovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 5 kiloqram 820 qram heroin və 292 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

E.Mənsimov və sərnişini, paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Əkbərov saxlanılıb.