Ça. İyl 27th, 2021

Böyük Britaniyada son sutka ərzində 1449 nəfər koronavirusdan həyatını itirib. Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 108 013 nəfərə çatıb.

APA-nın Britaniya bürosu xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Məlumata görə, son sutka ərzində 16 840 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 852 623 nəfərdir.