Ç. İyn 23rd, 2021

Böyük Britaniyada son sutka ərzində 406 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 106 564 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. 

Son sutka ərzində 18 607 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 835 783 nəfərdir.