Ça. İyl 27th, 2021

Son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər.

Bu sözləri ölkə Prezidenti İlham Əliyev Azərbaycanın mədəni paytaxtı Şuşaya səfəri zamanı çıxışında bildirmişdi.

Son 17 ildə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində bir çox işlər görülüb. Xüsusən də idman və təhsilin gənclərin tərbiyəsindəki rolu nəzərə alınaraq bu sahələrin inkişafına xüsusi diqqət yetirilib. Artıq Azərbaycanda gənclər siyasəti dövət siyasətinin proritet istiqamətlərindən biridir.

Bu gün – 2 Fevral məhz gənclərin günüdür. Əvvəlki illərdən fərqli olaraq bu il Azərbaycan gəncliyi bu günü bir başqa qürurla qeyd edir. Çünki artıq qalibdirlər, məhz onların igidliyi, qorxmazlığı sayəsində uzun illərdir işğal altında olan torpaqlarımız azad olundu. Azərbaycan gəncliyi idmandakı uğurları ilə beynəlxalq arenalarda qaldırdığı dövlət bayrağını bu dəfə Qarabağımızda qaldırdı…