Ç. İyn 23rd, 2021

“Dövlət film çəkmək üçün pul ayırır. Amma bu pul kinostudiyaya çatmamış vergilər 18%-ni kəsib götürür”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, hələ nə film çəkilib, nə ortada bir şey var, film ortada olmaya-olmaya pul tuturlar: “Xahiş edirəm, qoyun camaat filmini çəksin, aktyorlar yazıqdırlar. Vergi məsələsinə Nazirlər Kabineti baxır, baxsın. Amma burada deyilən məsələləri nəzərə alsınlar”.