Ça. İyn 22nd, 2021

Ermənistanda məhkəmə sabiq prezident Robert Koçaryanın beş gün müddətinə ölkə xaricinə səfər etməsinə icazə verib. 

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, hakim Anna Danibekyan eks-prezidentin ölkədən çıxışına qoyulan məhdudiyyəti müvəqqəti olaraq götürüb. 

Məhkəmənin qərarına əsasən, R. Koçaryan 3-8 fevral tarixlərində Ermənistanı tərk edə bilər.

Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan Xüsusi İstintaq Xidməti 2008-ci il 1 mart tarixindəki etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində sabiq prezident R. Koçaryana konstitusional quruluşunu devirmək ittihamı irəli sürüb. Bu cinayət işi ilə bağlı KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və prezident administrasiyasının keçmiş rəhbəri Armen Gevorgyana da ittihamlar irəli sürülüb.