Şb. İyn 19th, 2021

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin “silah baronu” kimi tanınan iş adamı David Qalstyanı saxlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, o, Ermənistan Müdafiə Nazirliyinə köhnə və yararsız silah-sursat tədarük etməkdə təqsirli bilinir.

Bundan başqa, D.Qalstyan iri məbləğdə dövlət vəsaitini mənimsəməkdə ittiham olunub.

Qeyd olunur ki, “silah baronu” öz şirkəti vasitəsilə Ermənistan Müdafiə Nazirliyi ilə silah satışı barədə saziş imzalayıb.